Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

General və polkovnik həbs olundu

 

   
     "xeberinfo.com": Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri general-mayor Mahmud Həmzəyev 3 aylıq müddətə həbs olunub. Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə hərbi mənbədən məlumat əldə etmişik. M.Həmzəyevlə birgə xidmət etmiş polkovnik Elmar Salayevin də həbs olunduğu bildirilib. Onların yeyintilərdə və mənimsəmələrdə ittiham olunduqları qeyd olunur.
    Mənbə bildirdi ki, Hərbi Prokurorluğun sanksiyası əsasında saxlanılan bu iki şəxslə bağlı Binəqədi rayon məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən iclasda Mahmud Həmzəyevin və Elmar Salayevin 3 ay müddətinə həbs cəzasına məhkum edilməsi barədə qərar çıxarılıb.
Hərbi mənbələrdən “Doktrina” JHAM-a verilən digər məlumata görə, Şəmkir Hərbi birləşməsinin keçmiş komandiri Çingiz Şəfiyevin yaxın günlərdə istintaqa çağırılacağı gözlənilir.
Hərbi Prokurorluq və Binəqədi rayon məhkəməsi ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam