Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Məcnun Məmmədov: "Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq"

Hazırda Azərbaycanda suvarılan əkin sahələrinin təqribən 10-14 %-ində, yəni 130 min hektar ərazidə müasir suvarma texnologiyaları istifadə olunur.

Yenixeberorg.com xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Bakı Ekspo Mərkəzində təşkil edilən "İqlim, iqtisadi və təhlükəsizlik çağırışları kontekstində ərzaq təhlükəsizliyi: Regional perspektivlərin fərqli və oxşar cəhətləri" adlı panel müzakirələri zamanı bildirib.

"2030-cu ilədək bu rəqəmin 300 min hektara çatdırılması nəzərdə tutulur. Suyun ölçülməsi qarşıdakı illərin başlıca prioritetlərindən birinə çevriləcək. İstifadə edilən suyun 70 %-i kənd təsərrüfatı sektoruna sərf olunsa da, bu sahədə faktiki olaraq ölçmə mexanizmi mövcud deyil. Ölçmədiyimiz heç bir şeyi idarə etmək mümkün deyil".

Nazirin açıqlamasına əsasən, Azərbaycanda əsas çətinlik su çatışmazlığı deyil, su ehtiyatlarının səmərəli idarə edilməməsidir.

"Mövcud problemin aradan qaldırılması məqsədilə müxtəlif istiqamətlərdə tədbirlər görülür. Birinci növbədə kiçik, orta və böyük həcmli su anbarlarının inşası reallaşdırılır. İkinci istiqamət isə açıq torpaq kanallarından beton örtüklü və qapalı boru sistemlərinə keçidi nəzərdə tutur. Bu həm su itkilərinin qarşısını alır, həm torpaq resurslarından qənaətlə istifadəyə şərait yaradır, həm də məhsuldarlığı yüksəldir", - deyə o qeyd edib.

M. Məmmədov həmçinin əlavə edib ki, Azərbaycan torpaq konsolidasiyası və resurs idarəetməsi sahəsində Türkiyənin təcrübəsindən də faydalanacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam