“Netanyahu ölkəyə gəlsə, həbs edərdim”

Macarıstanın yeni Baş naziri Peter Madyar İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı sərt açıqlama verib.
Yenixeberorg.com: O, bildirib ki, Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvü olaraq qalmaq niyyətindədir və bu çərçivədə beynəlxalq öhdəliklərə əməl etməlidir. Madyar vurğulayıb ki, BCM tərəfindən barəsində həbs orderi verilmiş şəxs ölkə ərazisinə daxil olarsa, onun saxlanılması tələb olunur.
“Əgər kimsə BCM üzvü olan ölkənin ərazisinə daxil olursa və həmin şəxs barəsində həbs orderi mövcuddursa, o, həbs edilməlidir”, – deyə Baş nazir qeyd edib.
O, əlavə edib ki, bu qaydalar istisnasız şəkildə hər kəsə şamil olunur və beynəlxalq hüququn tələbləri yerinə yetirilməlidir.









AZ
RU