Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sumqayıtda zəhərlənən qardaş-bacılardan 2-si evə buraxılıb -3-nün müalicəsi davam edir

 

Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 2 nəfərin (kişi cinsli) müalicəsi davam etdirilir.

Yenixeberorg.com: Bu barədə, TƏBİB məlumat yayıb.

"Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Yoluxucu xəstəliklər şöbəsində müalicəsi davam etdirilən 2 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin (qadın cinsli) vəziyyəti isə ağır stabil qiymətləndirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən yaşayış evində bir ailənin 6 azyaşlı övladı dəm qazından zəhərlənib. Aprelin 1-i Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına 6 nəfər (4 kişi, 2 qadın cinsli) hospitalizasiya olunub. Xəstəxanasına hospitalizasiya olunan 2024-cü il təvəllüdlü azyaşlının (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 04.04.2026-cı il tarixində saat 05:10 radələrində bioloji ölüm faktı qeydə alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam