İranın Kirmanşah şəhəri raket hücumuna məruz qalıb -Ölənlər var
ABŞ və İsrail ordusunun İranın Kirmanşah vilayətində yaşayış məntəqəsinə raket hücumu nəticəsində 3 nəfər ölüb.
Yenixeberorg.com xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
"Kirmanşahın Şəriəti məhəlləsindəki yaşayış ərazisinə edilən raket hücumunda 3 nəfər həlak olub",- məlumatda bildirilib və əlavə edib ki, dağıntılar altından iki nəfər sağ çıxarılıb.
Qeyd olunub ki, 9 fərdi yaşayış evi dağılıb, 30-a yaxın mənzil zədələnib.









AZ
RU