Bəqai: ABŞ və İsrail İranla yeni müharibə üçün mümkün atəşkəsdən istifadə edəcəklər
İran bir müddət sonra yenidən hücuma məruz qalacağını bilərək heç vaxt atəşkəsə razı olmayacaq.
Yenixeber.org xəbər verir ki, bu barədə İran Xaric İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai brifinq zamanı bildirib.
Onun sözlərinə görə, ABŞ və İsrail yeni müharibəyə hazırlıq üçün İranla mümkün atəşkəsdən istifadə edəcəklər.
Bəqai həmçinin qeyd edib ki, İran Avropa ölkələrini müharibəyə cəlb olunmamağa çağırır.









AZ
RU