Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Bahar Muradova: Qadınlar dünyada elm və texnologiya sahəsində çalışanların yalnız 28 %-ni təşkil edir

 

BMT-nin məlumatlarına görə, qadınlar dünyada elm və texnologiya sahəsində çalışanların yalnız 28%, rəqəmsal texnologiyalar üzrə iş yerlərində isə 22%-ni təşkil edir.

Yenixeber.org xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “İKT-də Qadınlar” layihəsi çərçivəsində keçirilən “Rəqəmsal Sahibkarlıq” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində deyib.

O qeyd edib ki, Azərbaycanda isə İKT sahəsində çalışanların təxminən 30%-qadınlardır: "Lakin texnologiyayönümlü sahibkarlıqdakı payımız cəmi 15% təşkil edir. Bu, bizə bir daha göstərir ki, qadınların innovasiya və rəqəmsal iqtisadiyyata çıxış imkanları daha geniş və sistemli şəkildə dəstəklənməlidir".

B.Muradova vurğulayıb ki, məhz bu hədəflərə xidmət üçün Dövlət Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə müsabiqə həyata keçirilib: "Məqsəd qadınların İKT sahəsində təşəbbüslərini stimullaşdırmaq, onların cəmiyyətə təsir edə biləcək layihələrini ön plana çıxarmaq və təşviq etməkdir. Bu müsabiqə UNESCO-nun təşəbbüsü olan və hazırda 70-dən çox ölkədə fəaliyyət göstərən "İnformasiya Hamı üçun" (IFAP) proqramı çərçivəsində reallaşdırılır. Proqramın əsas məqsədi informasiya texnologiyalarına universal çıxışı təmin etmək, o cümlədən qadınlar arasında rəqəmsal bərabərsizliyi aradan qaldırmaqdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam