Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

İraqda Türkiyə sərhədi yaxınlığındakı neft yataqlarına yenidən zərbə endirilib

 

İraqın şimalında “Tauke” neft yatağına növbəti dəfə pilotsuz təyyarə (PUA) hücumu həyata keçirilib.

Yenixber.org xəbər verir ki, bu barədə yerli təhlükəsizlik xidmətləri məlumat yayıb.

Türkiyə ilə sərhəddə Zaho bölgəsində (İraq Kürdüstanı) “Tauke” və “Peşkabur” neft yataqlarını istismar edən Norveçin DNO şirkətinin müvəqqəti olaraq hasilatı dayandırdığı bildirilir.

Enerji sektoru nümayəndələrinin sözlərinə görə, bu həftə PUA hücumları yataqlarda neft hasilatının gündə 140-150 min barel azalmasına səbəb olub.

Xatırladaq ki, İraq Kürdüstanındakı neft yataqları bazar ertəsindən PUA hücumlarına məruz qalıb. Heç bir qruplaşma hücumlara görə məsuliyyəti öz üzərinə götürməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam