Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Ərdoğan: Bu gündən etibarən Türkiyə üçün yeni tarixi səhifə açılıb

 

Türkiyə 47 illik terror bəlasından PKK-nın dünən silahları təhvil verməsi ilə xilas olmağa başladı.

Yenixeber.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın 32-ci “Məsləhətləşmə və Dəyərləndirmə” toplantısında keçmiş PKK terror təşkilatı tərəfdarlarının iyulun 11-də İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, 15 iyulda baş verən “Darbe” cəhdindən sonra Türkiyə terrorla mübarizədə yeni bir mexanizm yaratdı:

“Terrorun qarşısına keçdik. İttifaq ortağımız Dövlət Bağçalının da çağırışı ilə “Terrorsuz Türkiyə” üçün ciddi addımlar atdıq. Çox həssas və təmkinli bir prosesi idarə etdik. Dünən PKK terror təşkilatı aldığı qərarı həyata keçirərək silahlarını təhvil verdi”.

R.T.Ərdoğan vurğulayıb ki, bu gündən etibarən yeni tarixi səhifə açılıb və Türkiyə üçün yüz ilinin qapıları aralanıb.

Prezident bildirib ki, Türkiyə terroru sonlandırmaq üçün hər bir şey edib:

“Hər kəs əmin olsun ki, Türkiyənin qüruruna heç kim toxuna bilməz. Cənab Dövlət Baxçalı və onun heyətinin vətənpərvərliyini sorğulamaq heç kimin həddinə deyil və ola da bilməz. Dövlət Baxçalı ilə birlikdə terrorsuz Türkiyə üçün canımızı ortaya qoymuşuq. Addımlarımız ancaq Türkiyənin xeyrinə hesablanıb. Türkiyəyə qarşı yönələn şeylərin qarşısında isə həmişə bizi görəcəksiniz. Nə ediriksə, millətimiz, istiqlalımız üçündür”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam