Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Mikayıl Cabbarov: ECO biznes-forumu 200-dən çox iştirakçı toplayıb

 

İyulun 2-də Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) VI biznes-forumu 200-dən çox iştirakçı toplayıb.

Yenixeber.org xəbər verir kİ, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ECO-nun 17-ci Zirvə görüşündə bildirib.

Onun sözlərinə görə, bu forum İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində regional iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli platforma olub.

"Tədbirdə əsas diqqət sektorlararası qarşılıqlı əlaqənin dərinləşdirilməsi, infrastruktur bağlantısının yaxşılaşdırılması və davamlı, inklüziv biznes modellərinin təşviqi vasitəsilə regionun iqtisadi potensialının açılmasına yönəldilib. Milli ticarət və sənaye palatalarının rəhbərləri öz ölkələrində ticarətin inkişafı, investisiyaların cəlb edilməsi və iqtisadiyyatın bərpası perspektivlərini müəyyən edən məruzələr təqdim ediblər. Çıxış edənlər dövlət və özəl sektorlar arasında dialoqun gücləndirilməsi, transsərhəd ticarət infrastrukturunun genişləndirilməsi və investisiya mühitinin şəffaflığının artırılmasının zəruriliyini vurğulayıblar”, - nazir bildirib.

O vurğulayıb ki, rəqəmsal alətlərə xüsusi diqqət yetirilib.

Nazir, həmçinin vurğulayıb ki, forum çərçivəsində şirkətlər, dövlət qurumları və inkişaf institutları arasında aktiv qarşılıqlı əlaqəyə töhfə verən B2B və B2G formatlarında 20 ixtisaslaşmış görüş keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam