Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Roma Papası Türkiyəyə səfər etməyi planlaşdırır

 

Roma Papası 14-cü Leo noyabr ayının sonunda Türkiyəyə səfər etməyi planlaşdırır.

Yenixeber.org xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Türkiyə prezident administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Türkiyə liderinin həyat yoldaşı Əminə Ərdoğanla Vatikanda keçirilən görüşdə səfər planları müzakirə olunub. Roma Papası 14-cü Leo birinci xanıma ilk xarici səfərlərindən birini Türkiyəyə etmək istədiyini deyib.

“Türkiyə və Vatikan rəsmiləri bunun üzərində işləyirlər və səfər noyabrın sonuna planlaşdırılıb”, - agentlik qeyd edib.

O da bildirilib ki, Roma Papası bu il Nikea Şurasının 1700 illiyinin qeyd olunduğunu xatırladıb. Papa qeyd edib ki, Türkiyə xristianlar üçün mühüm ölkədir, sülhün qurulması üçün mühüm körpü rolunu oynayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam