Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

 

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub.

Yenixeber.org xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 14 yaşlı qızı Xəyaləni inandırıb ki, arvadından boşanaraq onunla evlənəcək. Hadisə günü o, yeniyetmə qızı məktəbdən götürərək tanışın a məxsus “VAZ 2106” markalı avtomobillə Bərdəyə qaçırıb.

Bir qədər sonra qızın ailə üzvləri onun dərsdən gəlmədiyini görərək narahatlıq keçiriblər və müəllimi ilə əlaqə saxlayıblar. Məktəbdən isə Xəyalənin dərsdən çıxıb evə getdiyi bildirilib. Bundan sonra axtarışlar başlayıb və qızın atasının dostu tərəfindən qaçırıldığı məlum olub. 

Ailənin şikayəti əsasında Qadir Həsənov barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşı tamam olmamış şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş başlanılıb.

Cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib. Məhkəmənin hökmü ilə Q.Həsənova 2 il 6 ay həbs cəzası verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam