Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vaşinqton:İran PUA-ları ilə bağlı sənədləri Ukraynaya təqdim etmişik

İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Yaponiyaya səfəri zamanı Rusiyanın Ukraynaya qarşı İran PUA-larından istifadə etməsi barədə hələ də sübut təqdim olunmadığını söyləyib.
Yenixeber.org: Abdullahiyanın bəyanatından dərhal sonra ABŞ Dövlət departamentinin sözçüsü Mettyu Miller bu məsələ ilə bağlı Vaşinqtonun “qəti” sübut təqdim etdiyini bildirib.
“İran hakimiyyəti İran istehsalı hissələri olan vurulmuş pilotsuz təyyarədən başqa nə dəlil istəyir? Əgər İranın Xarici İşlər naziri tərəfindən sertifikatın alınması ilə bağlı müraciət olubsa, biz onu mütləq təqdim etmişik. ABŞ münaqişə başlayandan bəri Ukraynaya aid məlumatları paylaşıb. Ukraynadan İrana sənədlərin verilməsi barədə qərar Ukrayna hakimiyyətinin əlindədir və ABŞ Kiyevlə əməkdaşlığa hazırdır”, - Miller deyib.
Qeyd edək ki, ötən həftə ABŞ Milli Müdafiə agentliyinin Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi İran PUA-ları ilə bağlı sərgi keçirməsinə baxmayaraq, İranın Xarici İşlər naziri Yaponiyaya səfəri zamanı Rusiyanın SEPAH hərbi sənayesinin istehsal etdiyi PUA-larla təchiz olunduğunu bir daha danıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam