Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İran İnsan Haqları Təşkilatı Xamenei ilə bağlı etiraz bəyanatı yaydı

Norveçdə yerləşən qeyri-hökumət təşkilatı olan İran İnsan Haqları Təşkilatı İranın ali dini rəhbəri Əli Xameneinin Avropa vətəndaşlarının edam ediləcəyi ilə bağlı hədə-qorxularına etiraz edib.

Yenixeber.org: Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Sənəddə bildirilir ki, bu, edam hökmlərinin icrasının İrandan xaricdə də həyata keçiriləcəyi ilə bağlı təhdiddir.

“Təəssüf ki, bu ilin may ayında “nikahdankənar münasibət” ittihamı ilə bir nəfərin, “müqəddəsləri təhqir etmək” ittihamı ilə isə iki nəfərin edam edilməsinə beynəlxalq ictimaiyyətin lazımi reaksiya verməməsi İran rəhbərlərini oxşar hökmlər çıxarmağa, hətta Avropa vətəndaşlarını da edam etməklə hədələməyə sövq edib”, - deyə bəyanatda vurğulanıb.

Həmçinin bildirilib ki, dünya ictimaiyyəti 21-ci əsrdə fikir azadlığı səbəbilə insanların edam edilməsinə dözümlü olmamalıdır.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam