Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Vaqnerçi”lər üçün Belarusda düşərgələr tikilir

 Belarusda "Vaqner"çilərin yerləşdirilməsi üçün düşərgələr tikilməyə başlanıb. 

Yenixeber.org:  Mogilev vilayətinin Osipoviç bölgəsində - Ukrayna ilə sərhəddən 200 kilometr aralıda 8 min döyüşçü üçün nəzərdə tutulan birinci düşərgənin tikintisinin sabah günortaya qədər başa çatdırılması planlaşdırılır. 

Düşərgənin sahəsi 24 min kvadratmetr olacaq. Bundan əlavə, bir neçə belə düşərgə inşa ediləcək. 

Muzdluların Belarusa göndəriləcəyi barədə məlumatı onların yaxınları nəşrə təsdiqləyib. Eyni zamanda "Vaqner"in Belarus ərazisindən Ukraynaya hücuma hazırlaşdığı barədə məlumatlar dolaşır. 

Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını bildirib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam