Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Priqojin Ukraynaya hücum edə bilər

"Vaqner" rəhbəri Ukraynada müharibəni dayandırmağı təklif edir...

Britaniya ordusunun baş qərargah idarəsinin keçmiş rəisi Riçard Dunnat Yevgeni Priqojinin Belarus ərazisindən Ukraynaya hücum edə biləcəyini deyib.

Yenixeber.org: Dunnat bildirib ki, Piroqjinin Belarusa getməsi narahatlıq doğrurur. 

"Əgər o, ətrafında döyüş qabiliyyətinə malik qüvvələr saxlayıbsa, deməli, Kiyevə ən yaxın olan Ukrayna üçün yenidən təhlükə yaradır. Rusiya Kiyevi ələ keçirmək üçün növbəti cəhd zamanı "Vaqner"dən yaxşı istifadə edə bilər. Dünənki hadisələrin əks-sədaları kifayət qədər hiss olunacaq”, - keçmiş baş qərargah rəisi bildirib. 

Xatırladaq ki, iyunun 23-də “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhərində, Voronej və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib. İyunun 24-ü Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib. Şirkətin bölmələri artır Rostovu tərk edib.(“Sky News”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam