Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Hürriyyət":“Türkiyədə prezident seçkiləri ilk turda Ərdoğanın qələbəsi ilə başa çatacaq”

Türkiyədə prezident seçkiləri ilk turda hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə başa çatacaq, seçkilərdə seçicilərin 90%-dən çoxu iştirak edəcək.

Yenixeber.org:  Bu barədə çərşənbə axşamı “Hürriyyət” qəzeti son keçirilən, lakin MSK-nın qadağası səbəbindən dərc olunmayan sorğunun məlumatlarına istinadən yazıb.

“Prezident seçkiləri yekun mərhələyə qədəm qoyarkən Ərdoğan və Kılıçdaroğluna səsvermədə maraqlı hadisələr yaşanır. Qadağaya görə, sorğunun nəticələri açıqlanmır... Amma sorğular aparılır. Son dərc olunmamış sorğularda ön plana aşağıdakılar çıxır: - seçkilərdə rekord sayda seçici iştirak edəcək, seçkilər ilk turda bitəcək, Ərdoğan birinci turda seçkiləri qazanacaq, Kılıçdaroğlu səs toplamaqda davam edir”, - qəzet yazıb.

Amma sorğuların kimin tərəfindən keçirildiyi, namizədlərə verilən dəstəyin dəqiq səviyyələri barədə heç bir məlumat yoxdur.

Nəşr sorğulara istinad edərək yazıb ki, Türkiyədə seçici fəallığı 85%-dən aşağı düşməyəcək və bu, Qərb ölkələrindəki seçkilərdən xeyli yüksəkdir. “Bu seçkidə seçici fəallığının 90%-i ötəcəyi gözlənilir”, - qəzetdə qeyd olunub.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə təyin edilib. Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi Kamal Kılıçdaroğludur. Seçkilərdə həmçinin “Memleket” Partiyasının lideri Məhərrəm İncə və Ata ittifaqının namizədi Sinan Oğan da iştirak edir. Namizədlərdən heç biri 50 faiz səs qazana bilməsə, prezident seçkilərinin ikinci turu mayın 28-də keçirilməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam