Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu şəhərinin ətrafında küçə döyüşləri gedir –Britaniya kəşfiyyatının məlumatı

Britaniya kəşfiyyatı mayın 31-də Severodonetsk şəhərinin atəşə tutulduğunu, şəhər ətrafında isə küçə döyüşləri getdiyini bildirib.

Yenixeber.org: “Proqres ləng getsə də uğur əldə olunur”, – Britaniyanın Müdafiə Nazirliyi gündəlik bülletenində bildirir. Əlavə edir ki, Moskvanın siyasi məqsədi Donetsk və Luqansk vilayətlərini nəzarətdə saxlamaq və tam tutmaqdır.

Ancaq Britaniya kəşfiyyatı onu da bildirir ki, Moskva uğurları nisbətən kiçik ərazidə nəhəng qüvvələr və silahla əldə edir.

Ukraynanın Mariupol limanı bir neçə ay çəkən döyüşdən sonra Rusiyanın əlinə keçəndən bəri buradan ilk gəmi çıxıb. Bunu mayın 31-də Ukraynanın şərqində separatçı lider Denis Puşilin deyib. O, metal daşıyan gəminin Rusiyanın şərqinə yollandığını bildirib.

“Bu gün Maripol limanından 2 min 500 ton metal yüklənmiş gəmi çıxaraq Rostov-na-Don şəhərinə yollanıb”, – Puşilin Telegram-da yazıb. 

Ukrayna Rusiyanın Mariupoldan metal daşımasını qarət hesab edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam