Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“ƏGƏR PUTİNDƏN QORXURSUNUZSA...” –“Heç olmasa təxribatçı bəyanatlar verməyin!”

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri, Ukraynanı Rusiya ilə danışıqlarda təmsil edən Mixail Podolyak Almaniya rəhbərliyinə sərt etirazını bildirib.

Yenixeber.org: Məlum olduğu kimi, Ukraynaya qarşı işğal başlayan gündən NATO rəsmiləri və bu alyansa daxil olan ölkələrin rəhbərləri təşkilatın Ukraynadakı savaşa qoşulmayacağını və Ukraynanın səmasını bağlamayacaqlarını dəfələrlə bəyan ediblər. Ukrayna tərəfinin fikrincə, bu bəyanatların təkrarlanması Rusiyanın əl-qolunu daha da açır və cəzasızlıq mühiti yaradır. 

M.Podolyak Ukrayna mətbuatında bu gün yayımlanan müraciətində Almaniyanın Müdafiə naziri Kristina Lambrextin son bəyanatını pisləyib. Belə ki, Lambrext növbəti dəfə “münaqişənin Ukraynadan kənara çıxmamalı olduğunu” bildirib və NATO-nun Ukrayna səmasının bağlanmayacağına dair bəyanatını təkrarlayıb. Podolyak almaniyalı nazirin dediklərinə belə şərh verib: “Nazir Lambrext yenə deyib ki, NATO Ukraynadakı münaqişəyə qarışmayacaq və Ukrayna üzərində uçuş üçün qadağan olunmuş zona yaratmayacaq. Öldürücüdür. Çünki avropalı siyasətçilərin hər belə bəyanatı Rusiyanı Ukraynada kütləvi qırğınlar törətməyə həvəsləndirir. Əgər müharibəni müharibə adlandırmır və Putindən qorxursunuzsa, o zaman heç olmasa təxribatçı bəyanatlar verməyin!”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam