Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Koronavirusa yoluxan Xalq artistinin son durumu açıqlanıb

Koronavirusa yoluxan Xalq artistinin son durumu açıqlanıb

Koronavirusa yoluxan Azərbaycanın Xalq artisti Eldost Bayramın son durumu açıqlanıb.

Yenixeber.org: Sənətçinin həyat yoldaşı Minarə Bayram bildirib ki, diktor Zığ qəsəbəsindəki modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

"Eldost Bayram 20 gün bundan əvvəl koronavirusa yoluxmuşdu, bir həftə evdə müalicə aldı, sonra Zığ qəsəbəsindəki modul tipli xəstəxanaya yerləşdirdik. Dünənə kimi palatada müalicə alırdı. Vəziyyəti ağırlaşdığına görə reanimasiyaya yerləşdirilib. Həkimlər mənə deyir ki, saturasiyası, təzyiqi, temperature normaldır. Amma noyabrın 26-dan mən onunla telefonla danışa bilmirəm. Həkimlər deyir ki, danışmağa halı yoxdur", - o bildirib.

M.Bayram qeyd edib ki, həyat yoldaşı koronavirusdan sağalıb və testinin nəticəsi neqativ çıxıb: “Sağolsunlar virusdan sağaldıblar. Əziyyətlərini itirə bilmərəm. Amma dünən reanimasiyaya yerləşdirilibsə, demək başqa problemləri var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam