Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azıx mağarasında yenidən tədqiqatlar aparılacaq –VİDEO

 

İşğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrdə, o cümlədən Azıx mağarasında yeni arxeoloji tədqiqatların aparılması nəzərdə tutulur.

Yenixeber.org: Tarix elmləri doktoru, professor, arxeoloq Əsədulla Cəfərov işğaldan azad edilmiş Xocavənd rayonuna səfər edən çəkiliş qrupumuza açıqlamasında bildirib ki, bu tədqiqatlarda Azərbaycana dəvət ediləcək xarici ölkə alimləri də iştirak edəcəklər.

Ə.Cəfərov deyib ki, Xocavənd rayonunda dünya əhəmiyyətli arxeoloji abidələrdən olan Azıx və Tağlar mağaraları yerləşir: “Azıx mağarasında həmçinin 700 min il bundan əvvələ aid ocaq izləri tapılıb. Bu ocaqlar kənardan daşlarla əhatə olunub. Mağaradan tapılmış 5 ocaq yerindən güman edilir ki, insanlar oddan təkcə yemək hazırlamaq üçün deyil, həm də onu qoruyub saxlamaq üçün istifadə edirmişlər”.

Əsədulla Cəfərov
Əsədulla Cəfərov

Azıx mağarasında aparılan araşdırmaların canlı şahidi olan Xocavənd rayonunun Tuğ kənd sakini Ramiz Cahangirov deyir ki, mağarada tədqiqatların aparılması təşəbbüsünü onun atası Bəşir Cahangirov irəli sürüb: “Atam Elmlər Akademiyası və Tarix institutuna dəfələrlə məktubla müraciət edib. Nəticədə arxeoloqlar Azıx mağarasında tədqiqatlar aparıblar”.

Ramiz Cahangirov
Ramiz Cahangirov

Məlumat üçün bildirək ki, 1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Azıx mağarasını kəşf edib.

1968-ci ildə M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanın alt çənə sümüyü aşkar edilib. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum olub ki, onun ən azı 350-400 min illik bir tarixi var.

Mağara 10 təbəqə, 5 salondan ibarətdir, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşir.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam