Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

V ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 2 yeni ixtisas yaradılıb-Dəyişiklik

 

Azərbaycanda xüsusi qabiliyyət tələb edən V ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 2 yeni ixtisas yaradılıb, 4 ixtisas əsasında 3 ixtisas formalaşdırılıb.

 Yenixeber.org: Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Beləliklə, V ixtisas qrupunda Bədən tərbiyəsi və idman, Solo oxuma, Estrada sənəti, Xalq çalğı alətləri ifaçılığı və Rəqs müəllimliyi  ixtisasları siyahıdan çıxarılıb.  Dekorativ sənət,  Dizayn (təsviri sənət istiqaməti), Dizayn (memarlıq və dizayn istiqaməti) və Məşqçi (idman növü üzrə) ixtisasları əsasında Dekorativ tətbiqi sənət (sahələr üzrə), Dizayn (sahələr üzrə) və Məşqçilik ixtisasları formalaşdırılıb.

V ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə) və Vokal sənəti (sahələr üzrə) ixtisasları yer alıb. Beləliklə, son dəyişiklikdən sonra V ixtisas qrupuna aşağıdakı 19 ixtisas daxildir:

  1. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi
  2. Musiqi müəllimliyi
  3. Təsviri incəsənət müəllimliyi
  4. Aktyor sənəti
  5. Bəstəkarlıq
  6. Dekorativ tətbiqi sənət (sahələr üzrə)
  7. Dirijorluq (sahələr üzrə)
  8. Dizayn (sahələr üzrə)
  9. Heykəltəraşlıq
  10. İnstrumental ifaçılıq (sahələr üzrə)
  11. Musiqişünaslıq
  12. Operator sənəti
  13. Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)
  14. Qrafika
  15. Rejissorluq
  16. Rəngkarlıq
  17. Vokal sənəti (sahələr üzrə)
  18. Xoreoqrafiya sənəti (sahələr üzrə)
  19. Məşqçilik.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam