Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gəncədə uşaq bağçasının açılışı olub

Gəncədə uşaq bağçasının açılışı olub

 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və şəhər ictimaiyyətinin nümayəndələri 1 nömrəli uşaq bağçasının açılış mərasimində iştirak ediblər.

 

Yenixeber.org: APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını tarixi gün münasibəti ilə təbrik edib.
 

E. Vəliyev ölkə rəhbərliyinin Nizami yurduna diqqət və qayğısından danışıb. Şəhər rəhbəri xüsusi vurğulayıb ki, yaxın zamanlarda 44 nömrəli uşaq bağçası, 1 saylı tam orta məktəb, 4 saylı internat tipli məktəb, 2 saylı peşə liseyi də təmirdən sonra istifadəyə veriləcək.
  

E. Vəliyev və mərasim iştirakçıları bağçada yaradılan şəraitlə yaxından tanış olublar.

 

120 yerlik 2 korpusdan ibarət uşaq bağçasında altı qrup fəaliyyət göstərir. Uşaq bağçasında sanitar qovşağı, mətbəx, şahmat, dərzi, tibb, musiqi, rəsm, yataq, soyunub-geyinmə və digər yardımçı otaqlar mövcuddur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam