Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“İNVEST-AZEM” MMC-nin borcunun səbəbi araşdırılsın-MÜRACİƏT

“İNVEST-AZEM” MMC-nin rəhbərliyi dövlətə yaranmış vergi borcunun ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.

Yenixeberorg.com bildirir ki, müraciətdə 21 aprel 2026-cı il tarixdə SX076385306AZ nömrəli göndəriş vasitəsilə Baş Prokurorluğa ünvanlanan ərizənin nəzarətə götürülməsi xahiş olunub.

Şirkət rəhbərliyi qeyd edib ki, dövlətə olan borcun bu günədək ödənilməməsində məsuliyyət daşıyan şəxslər – əvvəllər məhkum olunmuş Kazımov Arzu Firudin oğlu və Lətifov Alim Zirəli oğlunun əməllərinə hüquqi qiymət verilməsi və onlar barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün Baş Prokurorluqdan kömək istəyir.

Qeyd edək ki, “İNVEST-AZEM” MMC ilə “SERVİS+” Mənzil Tikinti Kooperativi arasında bağlanmış podrat müqaviləsi çərçivəsində tikinti işləri həyata keçirilib. “SERVİS+” MTK-nın rəhbərinin iş adamı Arzu Kazımov olduğu bildirilir. Lakin müqavilə üzrə görülmüş işlərin ödənişi “SERVİS+” Mənzil Tikinti Kooperativi tərəfindən həyata keçirilməyib. Nəticədə “İNVEST-AZEM” MMC-nin dövlət büdcəsinə külli miqdarda vergi borcu yaranıb.

Hazırda şirkət rəhbərliyi yaranmış borcun ödənilməsi üçün “SERVİS+” MTK-dan, eləcə də onun rəhbəri Arzu Kazımovdan müqavilə üzrə ödənilməli olan vəsaitin verilməsini tələb edir.(Xalq.online)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam