Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Nar"ın inklüziv layihəsi 500-dən çox şəxsi bir araya gətirib -FOTOLAR

"Nar"ın inklüziv layihəsi 500-dən çox şəxsi bir araya gətirib
Sərfəli təklifləri və faydalı sosial layihələri ilə tanınan mobil operator “Nar” 2026-cı ildə də inklüziv cəmiyyətin formalaşması istiqamətində sosial layihələrinə davam edir.

Yenixeber.org: Qeyd edək ki, 2025-ci ildə “Nar”ın inklüziv cəmiyyətə töhfə vermək və fiziki məhdudiyyətli şəxslərin ictimai həyatda fəal iştirakını təşviq etmək məqsədilə “DanceAbility” sosial sahibkarlıq müəssisəsi ilə birgə keçirdiyi 10-a yaxın inklüziv layihə 500-dən çox şəxsi əhatə edib.

2025-ci ildə “Nar” Beynəlxalq Əlillər Günü (3 Dekabr) münasibətilə əlilliyi olan şəxslərlə gündəlik həyatda düzgün yanaşmanı nümayiş etdirmək və bəzən bilmədən edilən yanlış davranışların qarşısını almağa yönəlik maarifləndirici video çarxın hazırlanmasına da dəstək vermişdi.

Bu ildə də inklüziv layihələrlə cəmiyyətə töhfə vermək məqsədilə, “Nar” “DanceAbility” ilə əməkdaşlığını davam etdirir. Əməkdaşlıq çərçivəsində “Bütün vücudlar danışır” inklüziv layihəsi həyata keçirilir. Layihənin məqsədi inklüziv cəmiyyətə töhfə vermək və fiziki məhdudiyyətli şəxslərin ictimai həyatda fəal iştirakını təşviq etməkdir. Hazırda “Bütün vücudlar danışır” layihəsində fiziki məhdudiyyəti olan və olmayan 75 şəxs iştirak edir. Müxtəlif yaş qruplarından olan bu iştirakçılara fərqli rəqs hərəkətləri üzrə məşğələlər keçirilir. Məşğələlər hər kəsin özünə uyğun şəkildə iştirak etməsi və rəqs hərəkətləri vasitəsilə özünü ifadə etməsi üzərində qurulub.

Ötən il ərzində layihədə ümumilikdə 587 nəfər iştirak edib, onlardan 396 nəfəri isə fiziki məhdudiyyəti olan şəxslər olub. Bu il ərzində də “Bütün vücudlar danışır” layihəsində iştirak etmək istəyənlər onlayn qeydiyyatdan keçə edə və ya +994772828880 nömrəsi ilə “WhatsApp” üzərindən əlaqə saxlaya bilərlər. Məşğələlər hər şənbə günü Su idmanı sarayında, həftənin digər günləri isə Dövlət tibbi-sosial ekspertiza və reabilitasiya agentliyinin nəzdində fəaliyyət göstərən Şağan Reabilitasiya Pansionatında keçirilir.

“Nar”ın həyata keçirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam