Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Qayalı Gold Market”də nə satırlar... necə satırlar... BİLƏN VARMI? -AQTA harda YATIB?/YENİLƏNDİ

Xırdalan şəhər sakini ZaurmDadaşov Referans Mediaya müraciət edərək probleminin həllinə kömək etməyimizi, onu ictimailəşdirməyimizi istəyir. Məsələ odur ki, bu ailənin iki üzvü qidadan zəhərlənib. Lakin bürokratik əngəllər səbəbindən günahkarların cəzalandırılmasına nail ola bilmir.
Yenixeber.org: Dadaşovlar bu il yanvarın 4-də Sumqayıt şəhəri 10-cu mikrorayon Babək küçəsində yerləşən “Qayalı Gold Market”dən alış-veriş edərkən balıq alıblar. Balığı aparıb soyuducunun buzxanasında saxlayıblar. Yanvarın 17-də dondurulmuş balığı çıxardıb yeyiblər.
Ailə üzvlərindən ikisi – Tofiq Dadaşovun həyat yoldaşı Lamiyə Dadaşova və oğlu Elşad Dadaşov balıqdan yeyib, ailənin digər üzvləri isə balıqdan yeməyiblər. Bir qədər keçdikdən sonra Lamiyə xanım və oğlu Elşad özünü pis hiss etməyə başlayıblar.
Getdikcə vəziyyətləri daha da pisləşib. Onları Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Orada xəstələrə ilk tibbi yardım göstərilərək Bakının keçmiş “Semaşko” xəstəxanası, indiki 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilirlər. Paytaxtda Dadaşovlara zəhərlənmə diaqnozu qoyulur.
Elşad Dadaşov oradan Qarayev adına Uşaq Klinikasının, Lamiyə Dadaşova isə “Semaşko” reanimasiyasına yerləşdirilir. Lamiyə xanım dörd gün koma vəziyyətində qalır. Həkimlərin gərgin əməyi nəticəsində, uzun müddətli müalicələrdən sonra səhhətləri qismən bərpa olunsa da qida zəhərlənməsinin fəsadları hələ də qalır, əziyyət verir.
Ana-oğul Dadaşovlar hələ də keçmiş həyat tərzlərinə qayıda bilmirlər. Lamiyə Dadaşova başlarına gələn bu bəlanın elmi adının botulizm olduğunu bildirir. Botulizm ağır qida toksiki infeksiyası qrupuna aid olan xəstəlikdir. Düzgün konservləşdirilməmiş qida məhsulların - balıq, ət konservləri, meyvə-tərəvəz və s. qəbulu nəticəsində yaranır.
Lamiyə xanım deyir ki, botulizm xəstəliyi onu yarımcan edib. Tez-tez əsəbiləşir, əvvəlki kimi bütün qüvvəsini, diqqətini işə yönəldə bilmir. Bu həm də onun, ailəsinin maddi vəziyyətinə də mənfi təsir edir.
Lamiyə Dadaşova müəllimdir, lakin istədiyi kimi dərs keçə bilmir. Sağlamlığının pozulması iş rejiminə, işinini keyfiyyətinə də pis təsir edib. Artıq əlavə dərs, imtahan hazırlığına gələn şagirdlərin sayında da azalma var.
Zaur Dadaşov da, Lamiyə Dadaşova da bildirir ki,
şikayət etmədikləri çox az dövlət strukturlaru qalıb. Hara müraciət edirlərsə, işlərinin qəsdən dolaşığa salındığını deyirlər. İndi ümidləri bizim sayta və ictimai fikrədir. Bəlkə məqaləmizi oxuyandan sonra əlaqədar dövlət təşkilatları hərəkətə gələrlər. Yoxsa, şikayətçinin dediyinə görə qarşı tərəfin imkanının, pulunun çoxluğu onların əməllərini ört-basdır.
Hadisədən 3 ay keçsə də əməli bir iş hasil olmur. Balığın satıldığı Sumqayıtdakı “Qayalı Gold Market” rəhbərliyinin, oranı işlədənlərdən heç nə soruşan yoxdur. Heç birinin adı da çəkilmir.
Yalnız camaat arasında Nemes Faiq deyilən adamın adı hallandırılır. Çünki mağazada balıq satışını o təşkil edir. Lakin bu ümumən market rəhbərliyi məsuliyyətdən azad etmir.
Hörmətli hüquq-mühafizə orqanları, Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları, məsul şəxsləri bəlkə bu məsələni ciddi araşdırsınlar. Mövzunu davam etdirəcəyik.

  ***

Yazıda yer alan iddialrla bağlı qarşı tərəfin redaksiyamıza aıqlaması daxil olub:

Məsələ ilə bağlı bəzi media resurslarında yayılan məlumatların birtərəfli və qərəzli şəkildə təqdim olunduğu diqqət çəkir. Faktlar göstərir ki, sözügedən balıq məhsulu yanvarın 4-də marketdən alınıb, lakin dərhal istifadə olunmayıb. Məhsul evə aparılaraq soyuducunun buzxanasında saxlanılıb və yalnız yanvarın 17-də, yəni təxminən 13 gün sonra istifadə olunub. Qida təhlükəsizliyi baxımından isə məhsulun alındıqdan sonra hansı şəraitdə saxlanılması, dondurulma və sonradan əridilmə prosesinin necə həyata keçirilməsi son dərəcə mühüm amillər hesab olunur.

Hadisə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən marketdə yerində yoxlama aparılıb. Yoxlama zamanı məhsulların saxlanma şəraiti, satış bölmələri, soyuducu avadanlıqların temperatur rejimi və ümumi gigiyenik vəziyyət ətraflı şəkildə araşdırılıb. Aparılan baxış zamanı məhsulların saxlanması və satışı prosesində qida təhlükəsizliyi qaydalarına əməl olunduğu müəyyən edilib.

Bununla yanaşı, satışda olan balıq məhsullarından rəsmi qaydada nümunələr götürülərək laborator müayinəyə göndərilib. Aparılan analizlərin nəticəsinə əsasən məhsulun tərkibində hər hansı patoloji mikroorqanizm və ya təhlükəli maddə aşkarlanmayıb. Bu barədə laboratoriyanın rəsmi analiz cavabları və nəticələri mövcuddur.

Belə olan halda, heç bir elmi və laborator sübut olmadan konkret bir ticarət obyektini ittiham etmək nə hüquqi, nə də etik baxımdan doğru yanaşma sayıla bilməz. Qida zəhərlənməsi halları çox vaxt məhsulun alındıqdan sonra düzgün saxlanılmaması, dəfələrlə dondurulub-əridilməsi və ya gigiyenik qaydalara əməl edilmədən hazırlanması nəticəsində də baş verə bilər.

Təəssüf doğuran məqam isə bəzi media qurumlarının məsələni hərtərəfli araşdırmaq, rəsmi qurumların mövqeyini öyrənmək və laborator nəticələrlə maraqlanmaq əvəzinə yalnız bir tərəfin iddialarını əsas götürərək mövzuya yanaşmasıdır. Halbuki jurnalistikanın əsas prinsiplərindən biri obyektivlik və balanslı mövqedir. Əgər məsələ həqiqətən ictimai maraq doğurursa, o zaman həm şikayətçi tərəfin iddiaları, həm də aparılmış rəsmi yoxlamaların nəticələri, laborator analizlər və məsul qurumların mövqeyi ictimaiyyətə təqdim olunmalıdır. Əks halda bu cür birtərəfli yanaşmalar cəmiyyətdə yanlış rəy formalaşdırmaqla yanaşı, əsassız ittihamların yayılmasına səbəb olur.

Sumqayıt şəhərindəki “Gold Qayalı” marketin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri İlkin Şirinov məsələ ilə bağlı açıqlamasında bildirib ki, sözügedən hisə verilmiş balıq məhsulu yanvarın 4-də marketdən alınmış, lakin dərhal istifadə olunmamışdır. Məhsul ev şəraitində soyuducunun buzluğunda təxminən iki həftə saxlanılmış və yalnız yanvarın 17-də istifadə olunmuşdur.

Hadisə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin keçirdiyi yoxlamalar nəticəsində məhsulların saxlanması və satışı zamanı qida təhlükəsizliyi qaydalarına əməl olunduğu müəyyən edilib. İlkin Şirinov qeyd edib ki, balıq məhsulundan götürülən laborator nümunələrin analiz nəticələrinə görə, məhsulun tərkibində hər hansı patoloji mikroorqanizm və ya təhlükəli maddə aşkarlanmayıb, yəni balıqdan zəhərlənmə faktı təsdiqini tapmayıb.

O həmçinin vurğulayıb ki, heç bir laborator sübut olmadan marketi ittiham etmək nə hüquqi, nə də etik baxımdan doğru deyil. İlkin Şirinov jurnalistikanın əsas prinsiplərindən biri olan obyektivlik və balanslı mövqenin vacibliyini qeyd edərək, media qurumlarını məsələni hərtərəfli araşdırmağa çağırıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam