Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Arash” estetik mərkəzinin həkimi Sənan Xankişiyevdən şikayət: 13 min manat pul ödənsədə dişlərimi çıxarıb məhv ediblər.../VİDEO

“Arash” estetik mərkəzinin həkimi Sənan Xankişiyevdən şikayət:-
Stomatoloqa gedən vətəndaş sağlam dişlərini itirdi? 

Yenixeber.org: Şikayətçi Mustafayeva Sevil iddia edir ki, sadə diş problemi ilə stomatoloqa müraciət etsə də, nəticədə, sağlam dişləri və çənə siniri zədələnib.

Onun sözlərinə görə, həkim düzgün diaqnoz qoymayıb və aparılan müdaxilə ciddi fəsadlara səbəb olub. Zərərçəkən bildirir ki, hadisə Bakı şəhərində yerləşən “Arash Estetic” klinikasında baş verib və müalicəni həkim Sənan Xankişiyev həyata keçirib.

Vətəndaşın sözlərinə görə, qoyulan implantlar çənə sinirinə zərər verib. “Qoyduğu implantlar sinirimi zədələyib. Məhkəmə-tibbi ekspertizası qərəzli rəy verir. Sənan Xankişiyev mənə saxtalaşdırılmış diaqnozlu, köhnə tarixli sənəd təqdim edərək özünü müdafiə etməyə çalışır. Halbuki əlimdə klinikaya müraciət etdiyim tarix var. Mənə guya çənə çürüməsi diaqnozu qoyulub. Amma digər həkimlər köhnə disklərimi görmədən belə həmin problemlərin məndə olmadığını təsdiqləyirlər. Hazırda sinirlərimi hiss etmirəm, çeynəmə prosesim demək olar ki, yoxdur. Sağlam dişlərimi çıxarıb məhv ediblər. Bu prosesə təxminən 13 min manat xərcləmişəm, onun yarısını kart vasitəsilə ödəmişəm. Sənan Xankişiyev isə ümumiyyətlə gördüyü işlə bağlı maraqlanmır, mənim nə vəziyyətdə olduğumu soruşmur və heç bir bərpa tədbiri görmür”, – deyə şikayətçi bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam