Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azərenerji”nin itirdiyi səlahiyyətlər

 

“Azərişıq” ASC-nin yaradılmasından sonra “Azərenerji”nin bəzi səlahiyyətlərinin əlindən alındığı deyilir

Mətbuatda yazılan məlumatlara görə, “Azərenerji”nin müəyyən səlahiyyətləri əlindən alınaraq “Azərişıq”-a verilib.
"Xeberinfo.com":  “Azərenerji” ASC-dən AzVision.az-a verilən məlumata görə, dəyişikliyə əsasən "Azərenerji" bundan sonra ancaq elektrik enerjisinin istehsalı ilə məşğul olacaq.
Qurumun mətbuat xidməti rəhbərinin Ələkbər Baxşəliyev də bu fatkı təsdiqləyib. Onun sözlərinə görə, buna qədər “Azərenerji” regionlara elektrik enerjisini satışı ilə də məşğul olurdusa, bundan sonra bu işi yeni yaradılan “Azərişıq” ASC həyata keçirəcək.
Xatırladaq ki, ötən gün Azərbaycan prezidenti İlham Əliyev “Bakıelektrikşəbəkə” ASC-nin adının dəyişdirilərək “Azərişıq” ASC adlandırılması ilə bağlı sərəncam imzalayıb. 
Bundan sonra “Azərişıq” ASC Azərbaycan ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirəcək.
Prezidentin digər sərəncamı ilə Balababa Rzayev “Azərişıq” ASC-nin sədri təyin edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam