Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Qarabağ 50 milyard dollara da satıla bilməz"

 

Ermənistan Prezident Administrasiyasındakı mənbə Azərbaycanın Qarabağ üçün İrəvana  pul təklif etdiyi iddiaları şərh edib.

"Xeberinfo.com" erməni mediasına istinadən xəbər verir ki, mənbə bu barədə heç bir danışığın aparılmadığını deyib.

“Qarabağ nə 5, nə 10, nə də 50 milyard dollara verilə bilməz”, - o bildirib.

Xatırladaq ki, Rusiyanın politrus.com portalında anonim müəllifin Qarabağa dair sensasion məlumatı dərc olunub. İddiaya görə, Bakı Qarabağa görə 5 milyard dollar təklif edib.

Bildirilir ki, pul köçürülməsini birbaşa iki ölkənin Mərkəzi bankları arasında deyil, beynəlxalq maliyyə strukturları, məsələn, Beynəlxalq Valyuta Fondu (BVF) üzərindən həyata keçirmək nəzərdə tutulur.

Sayt iddia edir ki, bu məsələ ilə bağlı danışıqlar Cenevrədə gedir. “Ən başlıcası isə budur ki, İrəvan kompensasiyanın məbləğinə razı deyil. Serj Sərkisyanın emissarları bildirirlər ki, ancaq 10 milyard dollar məbləğində danışıqlara razıdırlar və pulun 3 il ərzində alınmasına razılıq verə bilərlər. Yəni, ildə 3 milyard dollar. Bu isə Ermənistanın illik büdcəsinə bərabərdir”, - deyə sayt iddia edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam