Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“PUTİN MÜHARİBƏNİ BİTİRMƏYƏCƏK, ÇÜNKİ...” - Tramp Avropa liderlərinə nəyi etiraf edib?

ABŞ Prezidenti Donald Tramp ziddiyyyətli, səhər bir, axşamsa başqa cür bəyanatlar verməklə öz xarici siyasətinin nə qədər qeyri-ciddi, effektsiz, peşəkarlıqdan və məntiqdən uzaq xarakter daşıdığını, onun sözünün və vədlərinin isə əksər hallarda heç bir dəyər kəsb etmədiyini nümayiş etdirməkdədir.

Yenixeber.org: Nüfuzlu “The Wall Street Journal” nəşrinin məlumatlı mənbələrə istinadla yazdığına görə, Tramp Avropa liderlərinə Ukrayna məsələsində Putinlə anlaşa bilmədiyini etiraf edib, bununla yanaşı, Rusiyaya qarşı sanksiyaları və təzyiqi də artırmayacağını deyib. Tramp

Avropa liderlərinə deyib ki, Vladimir Putin müharibəni bitirməyi düşünmür, çünki özünü qalib hesab edir.

Nəşr yazır ki, Tramp bu faktı ilk dəfə birbaşa etiraf edib: "Bu etiraf Avropa liderlərinin Putin haqqında çoxdan başa düşdüyü bir şey idi, lakin onlar bunu ilk dəfə idi ki, Trampdan da eşitdilər. Bu, həm də Trampın tez-tez açıq şəkildə söylədiyi fikirlərlə ziddiyyət təşkil edir. O, bundan öncə dəfələrlə Putinin həqiqətən sülh istədiyinə inandığını demişdi".

Qəzetin mənbələrinin məlumatına görə, bazar günü - Putinlə söhbətdən bir gün əvvəl Tramp Avropa liderləri ilə görüş keçirib və söhbət zamanı Putin atəşi dayandırmaqdan imtina edərsə, sanksiyalar tətbiq edə biləcəyini açıqlayıb. Lakin bazar ertəsi o, yenidən fikrini dəyişib, planlarından əl çəkib və bunun əvəzinə Vatikanda Rusiya və Ukrayna arasında daha aşağı səviyyəli danışıqlara keçmək istədiyini söyləyib.

Nəşr qeyd edir ki, eyni zamanda avropalılar bu vəziyyətdə bəzi üstünlüklər də görürlər. Belə ki, artıq Putinin mövqeyi hamıya, o cümlədən Trampa aydın olub: “Putin, indiki mərhələdə müharibəni bitirmək istəmir. Avropalılar üçün bu, Ukraynaya dəstəyin indi əsasən onlardan asılı olduğunu vurğulamağa kömək edir. Avropalılar inanmır ki, bundan sonra Tramp administrasiyası Avropa və ya Ukrayna pul ödədiyi müddətcə Amerika silahlarının ixracını dayandırsın”.(Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam