Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə İsraillə "bütün körpüləri yandırmaq" istəmir

 Türkiyə İsraillə münasibətlərdə geri dönüşü olmayan nöqtəyə çatmaq niyyətində deyil. Ancaq Qəzza zolağında vəhşilik yüksək həddədir.

Yenixeber.org: Bu barədə Ankaradakı diplomatik mənbə bildirib.

Mənbə xatırladıb ki, Türkiyə və İsrail arasında münasibətlər son vaxtlar normallaşma yolu keçib və bu istiqamətdə bir sıra addımlar atılıb:

“Enerji sahəsində birgə layihələr, həmçinin, cənab Prezidentin İsrailə səfəri üçün hazırlıq gedirdi. Bilirsiz ki, Türkiyə tərəfinin münasibətlərdə dönüşü olmayan nöqtəyə çatmaq niyyəti yoxdur. Amma Qəzza zolağında ifrat qəddarlığa biganə qalmaq mümkün deyil. Ankara bir daha İsrail rəhbərliyini ehtiyatlı olmağa və danışıqlara çağırır”.

Qeyd edək ki, İsrail 19 oktyabrdan artıq bütün diplomatlarını Türkiyədən çıxarıb.(“RİA Novosti”)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam