Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə və İsrail münasibətlərini normallaşdırır

Recep Tayyip Erdogan and Yitzhak Herzog
Türkiyə və İsrail prezidentləri Recep Tayyip Erdoğan və İsaak Hersoq telefon söhbətində ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə ediblər.
Yenixeber.org: Bu barədə Türkiyə Prezident Administrasiyasının Əlaqələr İdarəsi məlumat verib, xəbəri cümə axşamı "Anadolu" Agentliyi yayıb.

Erdoğan İsrailli həmkarı ilə söhbətində Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqdə təhlükəsizlik və sabitlik üçün əhəmiyyətli olduğunu bildirib. Türkiyənin dövlət başçısı qeyd edib ki, həm ikitərəfli, həm də regional məsələlərlə bağlı qarşılıqlı anlayış əldə olunarsa, iki ölkə arasında fikir ayrılıqlarını minimuma endirmək olar. O, regionda sülh, dözümlülük mühitinin və birgə yaşamaq mədəniyyətinin bərpa edilməsinin vacibliyini vurğulayıb. Bunun üçün Fələstin-İsrail əlaqələrinin inkişaf etdirilməsi və tərəflər arasında sülh prosesinin bərpa edilməsi vacibdir.

Erdoğan hesab edir ki, Türkiyə və İsrail arasında əlaqələrin və dialoqun davam etdirilməsi hər iki tərəfin maraqlarına uyğundur.

İsrail prezidentinin mətbuat xidməti də Erdoğan və Hersoq arasında telefon danışığı haqqında məlumat yayıb. Məlumata əsasən, söhbət İsrail tərəfin təşəbbüsü ilə baş tutub. Danışıqlar müsbət keçib, Erdoğan Yaxın Şərqdə sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi nöqteyi-nəzərdən İsraillə əlaqələrin əhəmiyyətini qeyd edib.

Hersoq öz növbəsində İsrail və Türkiyənin regionda sülhü təmin etmək üçün ikitərəfli və regional mövzularla bağlı hərtərəfli dialoqa başlamasından məmnunluğunu ifadə edib. Dövlət başçıları daimi əlaqələrin davam etdirilməsi zərurətini vurğulayıblar.

Qeyd edək ki, 11 il əvvəl, Ankara fələstinlilərin hüquqlarının müdafiəsi məsələsində İsrailə təzyiq göstərməyə çalışdığı zaman iki ölkə arasında münasibətlər kəskin şəkildə pisləşmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam