Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Quba üsyanı” Beyləqanda təkrarlana bilər!

 

Beyləqanda vəziyyət günbəgün ağırlaşır. Əhali arasında sosial gərginlik və narazılıq baş qaldırır. Prezidentin məmurlara son bir ayda etdiyi ardıcıl çağırışlar və sərt xəbərdarlıqlara baxmayaraq, bu rayonun rəhbəri camaatı dövlətin üstünə qaldırmaq üçün şikayətləri qulaqardına vurur. Hətta mətbuatda da Vaqif Abdullayevdən olan şikayətlərə məhəl qoyulmur.

 

Xeberinfo.com:  Məlumata görə, bu bölgədən deputatlığa namizəd olmuş Tapdıq Abbas növbəti faktları açıqlayıb. Onun sözlərinə görə, Beyləqanda dözülməz durum hökm sürür: 

“Beyləqanın və beyləqanlıların sosial - iqtisadi, mədəni durumunun icra başçısı Vaqif Abdullayev tərəfindən çox dözülməz vəziyyətə salınmasından geniş bəhs edilir. Vaqif Abdullayev Beyləqanda dörd ildir icra başçısı işləsə də, bu müddət ərzində o, Beyləqanı tam xarabalığa çevirib. 
İcra başçısı açıq-aşkar rüşvət yığmaqla, söyüş söyməklə, adamları dolayıb ələ salmaqlamüəssisə və təşkilat rəhbərlərini yığıncaqlarda təhqir etməklə məşğul olur”.Mənə zəng edən gənc sözünə davam edərək ardınca bunları dedi: 
"Biz beyləqanlılar icra başçı Vaqif Abdullayevdən Prezidentimiz İlham Əliyevə şikayət məktubları yazsaq da, həmin şikayət mətublarını icra başçısı çox ustalıqla aradan çıxararaq, şikayətimizin Prezidentə yetişməsinin qarşısını almağa nail olub.
Ona görə də bizim harayımız ölkə Prezidentinə çatmır. Dəfələrlə Prrzidentlə görüşüb rayonda mövcud olan real durumu əks etdirən məktubu ona çatdırmaq istəsək də, hər dəfə Vaqif Abdullayevin yaratdığı çoxkeçidli baryerləri aşa bilməmişik. 

Vaqif Abdullayev bütün vasitələrlə Prezidentin sadə beyləqanlılarla görüşünə daim ona görə maneə olur ki, Prezident onun rəhbərə yaraşmayan hərəkətlərindən xəbər tutmasın”.

 

TİA.AZ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam