Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Jurnalist məhkəməyə gəlmədi, Flora Kərimova qəzəbləndi: “Gözünün içinə qədər yalan deyir”



Xəbər verdiyimiz kimi xalq artisti Flora Kərimova jurnalist Ülviyyə Alovlunu məhkəməyə verib.
Yenixeber.org:  Dünən Binəqədi Rayon Məhkəməsində Flora Kərimovanın təhqir və böhtanla bağlı Muradova Ülviyyə Niyaz qızına (Ülviyyə Alovlu) qarşı xüsusi ittiham qaydasında verilmiş şikayətinə əsasən keçirilməli olan məhkəmə iclası növbəti dəfə baş tutmayıb.
“Yeni Sabah” xəbər verir ki, Flora Kərimova məhkəmədə olsa da,  Ülviyyə Alovlu dünənki məhkəmə prosesinə də gəlməyib. Jurnalistə zəng edilərək gəlməməyinin səbəbi soruşulub. Ü.Alovlu məhkəmə çağırışlarının ona çatmadığını bildirib. Məhkəmə yenidən təxirə salınaraq sentyabrın 16-na təyin edilib. 
F.Kərimova isə jurnalistin yalan dediyini, heç növbəti məhkəməyə də gələcəyinə inanmadığını bildirib:
“Gözünün içinə qədər yalan deyir, məhkəmənin saatına qədər yazılmışdı ona, sadəcə uzadır, gəlmir. Deyəsən, ayın 16-ı da gəlməyəcək, vəkilini göndərəcək. Vaxtı uzadır ki, nə isə olsun. Amma o, elə qələt etməyib ki, nə isə etmək olsun”.
Xatırladaq ki, tərəflər arasında qalmaqala Flora Kərimovanın videosu yayılan üç qız barədə “Sabah bizim, millət olaraq, namusdan söz düşəndə oğullarımızın üzünə şillə kimi bu videonu çırpacaqlar ki, sənin "qadının" budur, sənin "kişin" budur, sənin "qeyrətin-namusun" budur?!”, - deyə fikir bildirməsi və jurnalist Ülviyyə Alovlunun bu sözlərə sərt reaksiyası verməsi səbəb olub. 
İlk məhkəmə iclası sentyabrın 2-nə təyin edilmiş, Ü.Alovlu gəlmədiyi üçün təxirə salınmışdı. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam