Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Elçin Əfəndiyevin tamaşasına qadağa – “Azdrama” yenə qarışdı

elcin efendiyevXalq yazıçısı, tanınmış dramaturq Elçin Əfəndiyevin “Qatil” əsəri əsasında hazırlanan tamaşa Akademik Milli Dram Teatrının repertuarından çıxarılıb.

Xeberinfo.com:  Bu barədə AzNews.az-a sözügedən teatrın aktyorları məlumat verib. Onların sözlərinə görə, 4 ilə yaxındır ki, teatrın repertuarından düşməyən və Mehriban Ələkbərzadənin quruluşçu rejissoru olduğu “Qatil” artıq iki aydır ki, oynanılmır.

Bununla yanaşı M.Ələkbərzadənin quruluş verdiyi və bu yaxınlarda premyerası keçirilən “Herostratı unudun” tamaşası da repertuardan çıxarılıb. Aktyorlar hər iki tamaşanın repertuardan çıxarılmasına səbəb kimi açıq-saçıq səhnələrin olduğunu göstərirlər: “Azər Paşa Nemətov bir müddət əvvəl “Qatil” haqqında danışarkən demişdi ki, bu, çox açıq- saçıq tamaşadır. Açıq-saçıqlığı yığışdırmaq lazımdır”.

Hər iki tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə AzNews.az-a açıqlamasında səhhətində yaranmış problemlə əlaqədar Akademik Milli Dram Teatrı ilə 4 aya yaxındır ki, əlaqəsi olmadığını bildirib: “Məncə bunu səbəbini teatrdan soruşsanız daha doğru olar. Mənim heç bir informasiyam yoxdur. Teatrın baş rejissoru var, o, bütün ideoloji məsələləri həll edir. Mənim hər hansı versiyam subyektiv ola bilər. Ona görə də heç bir versiya irəli sürmək istəmirəm. Bunu teatrın daxilində olan bədii şura və teatrın rəhbəri bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam