Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Səməndərdən 40, Mikayıldan 20 il sonra Rasim də köçdü

“Babək”in KADRARXASI: Rasim Balayev baş rola görə verilən qonorardan narazı qalıb

 “Dünya duracaq yer deyil, ey can səfər eylə!

 Aldanma anın (h)alına andan həzər eylə!”(Nəsimi)

Yenixeberorg.com: Onlar üçü də bir-birindən 2-3 yaş aralığı ilə Ağsuda dünyaya göz açıblar, böyükləri sözün gerçək anlamında BÖYÜK SƏMƏNDƏR (Rzayev) olub; 1945-ci ilin 2 yanvarında doğulan gələcəyin “İNSAN! Məğrur səslənir!” deyən BÖYÜK AKTYORU! Mikayıl Mirzə 1947-ci ilin 1 yanvarında, Rasim Balayev 1948-ci ilin 8 avqustunda. İlk teatr məşqlərini, tamaşalarını da, böyüklərimizdən eşitdiyimə görə, Ağsu çayının qırağında yerləşən məktəb heyətində oynayıblar. Doğulmaqları “yanaşı” olsa da, ölümləri arasında düz 20 il-20 il ayrıntı olub. Yenə Səməndər “böyüklük” edib, qabağa düşüb, 1986-cı ilin martın 27-də 41 yaşında yolunu Yasamal qəbristanlığına salıb. 20 il sonra- 2006-cı ilin 3 iyununda 59 yaşlı Mikayıl Mirzə  II Fəxri Xiyabanı, ondan 20 il sonra-2026 - ilin 29 martında 77 yaşlı Rasim Balayev I Fəxri Xiyabanı özlərindən xəbərsiz seçiblər”. Özləri bilmirlər ki, harda basdırılıblar! (Lap “Nəsimi”də Nəiminin qızının atasının harda olduğuna cavabıdır: “Özü bilmir ki hardadır”) Ömür yollarının uzunluqları arasındakı yaş ayrıntısı da bir igidin ömrü qədərdir: 18 il! Böyük Səməndər 41, Mikayıl 59, Rasim 77 il ömür sürüb. Ramiz Rövşənin dediyidir, ya bir geniş yolu tut get, ya düş ensiz cəğırına; bütün yollar gedib çıxır ömrümüzün axırına.

Rasim Balayev ömür yolunun 78-ci duracağına dörd ay qalmış Nəsiminin dili ilə Dünya duracaq yer deyil, ey can, səfər eylə!” deyib “ikisinə də sığmadığı cahanın” o birinə köçdü. Gedən cismi oldu, ruhu ölməzdir.

Məğrur Bədəlsoy


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam