Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"MTRŞ milli filmlərin yayım kvotasını müəyyənləşdirə bilməz"

 

“Kino yaradıcılığı ilə məşğul olan bəzi qurum təmsilçilərinin iddia etdiyi kimi, MTRŞ milli filmlərin yayım kvotasını müəyyənləşdirə bilməz. Çünki qanunvericilikdə belə bir məsələ əksini tapmayıb”. 
"Xeberinfo.com":   Məlumata görə, bu sözləri Modern.az-a açıqlamasında Milli Teleradio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarovun “MTRŞ-nin telekanallardakı kino nümayişi siyasəti çox naşıdır” fikrinə münasibət bildirərkən deyib.

“Yerli yayımçıların milli filmləri əldə etməsi və nümayiş etdirməsi onlara çox baha başa gəlir. Çünki Kinorejissorlar Gildiyası yerli filmlərin nümayişi üçün kifayət qədər böyük məbləğ tələb edir – 1 saat üçün 70 AZN. Bu isə telekanallara sərf etmir. Məsələnin qəribə tərəfi ondan ibarətdir ki, Gildiya Sovet dövründə və hazırda dövlət maliyyəsi ilə çəkilmiş filmlərə də bir növ, sahib çıxıb, onların nümayişinə də pul tələbi qoyub. Halbuki, həmin filmlər çəkilərkən haqqı, əziyyəti olanların hamısı mükafatlandırılıb və məhsullar dövlət mülkiyyətidir”. 

T.Dadaşov məhz bu bu səbəbdən kanallarda milli filmlərin az göstərilməsi və digər filmlərin çoxaldığını qeyd edib.

“Bax, bu gün milli kanallarda milli filmlərin azlığının, hind və digər filmlərin isə baş alıb getməsinin səbəbi yuxarıdakıdır. Əslində, bu sahədə çalışan hər kəs mövcud reallığı bilməli və təhlil apararkən haqlı-haqsız ittihamlar irəli sürməməlidirlər. Bu mənada bəzi xəbər portallarına açıqlama verərkən Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarovun işlətdiyi “MTRŞ-nin telekanallarda kino nümayişi siyasəti çox naşıdır. Bu qurumun milli televiziyalarımızda piratçılığın baş alıb getməsində nə marağı var, bunun qarşısını niyə almır?” fikirləri özü problemin mahiyyətini bilməməkdən və naşılıqdan irəli gəlir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam