Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Telekanalların proqram siyasəti bizi qane etmir”

 

“2014-cü ilin son və 2015-ci ilin ilk rübündə aparılmış monitorinqlərin nəticələri açıqlandıqdan sonra bəzi telekanallar öz efirlərində hərbi-vətənpərvərliklə bağlı mövzuya korrektə etdilər. Lakin biz bundan daha yüksək nəticələr gözləyirik. Çünki bu gün Azərbaycan efirində şou verilişlər baş alıb gedir. Həmin şou verilişlərin yerinə daha çox hərbi-vətənpərvərlik proqramları yayımlanmalıdır. Müəyyən irəliləyişə baxmayaraq, təbii ki, hazırki vəziyyət bizi qane etmir”.
"Xeberinfo.com":   Məlumata görə, bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
T. Dadaşov bildirib ki, son hesabatda efir səbətində hərbi-vətənpərvərlik mövzusunda verilişlərə rast gəlinməyən bəzi kanallar bu məsələyə diqqət ayırmağa başlayıb: “Kanallar özləri bu işə diqqət yetirməlidirlər. Son hesabatda İTV, ATV, ANS və “Region” televiziyalarında hərbi-vətənpərvərlik verilişləri yayımlanması qeyd olunmuşdu. Bu məsələ ilə bağlı həmin telekanallarda müsbət tendensiya davam etməkdədir. “Space”, “Xəzər” və “Lider” telekanallarının efir səbətində isə hərbi-vətənpərvərlik mövzusunda verilişlərə rast gəlinmirdi. “Lider” telekanalı açıq şəkildə Şuranın iradlarını qəbul etdiyini bəyan etdi. Bəli, biz sonradan “Lider” televiziyasında, tək hərbi-vətənpərvərlik yox, ümumiyyətlə, vətənpərvərlik mövzusunda verilişlərin, tok-şouların, sənədli filmlərin sayının artmasını müşahidə edirik”.
MTRŞ rəsmisi qeyd edib ki, telekanallarda monitorinqlər davamlı şəkildə aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam