Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ATƏŞKƏS BİTİR: MÜHARİBƏ YENİDƏN BAŞLAYACAQ? –“Trampın bəyanatları müharibənin bərpası üçün yeni bir örtük ola bilər”

ABŞ ilə İran arasında əldə edilmiş atəşkəs razılaşmasının bitməsinə cəmi 1 gün qalır. İslamabadda keçirilən danışıqların birinci raundunda heç bir nəticə əldə olunmadı. Danışıqların ikinci raundu isə heç cür təşkil edilə bilmir…

Yenixeberorg.com: ranın İRNA xəbər agentliyinin məlumatına görə, İslamabadda tezliklə İran-ABŞ danışıqlarının ikinci mərhələsinin keçiriləcəyi ilə bağlı yayılan xəbərlər yalandır. Baxmayaraq ki, Donald Tramp tez-tez danışıqlar və razılaşmalar barədə ziddiyyətli bəyanatlar verir.

Agentliyin məlumatına görə, "həddini aşan və əsassız ABŞ tələbləri, mövqelərdə tez-tez dəyişikliklər, daimi fikir ayrılıqları və İran tərəfinin razılaşmanın pozulması hesab etdiyi ABŞ dəniz blokadasının davam etməsi danışıqların irəliləməsinə mane olub".

Agentlik qeyd edir ki, bu şəraitdə "məhsuldar danışıqlar üçün aydın perspektivlər yoxdur".

İran dövlət radio və televiziya yayımçısının (IRIB) da məlumatına görə, İran hazırda ABŞ ilə yeni danışıqlara hazırlaşmır: "Hazırda İranın İran-Amerika danışıqlarının növbəti mərhələsində iştirak etmək planı yoxdur".

İRNA xəbər agentliyi daha əvvəl də İranın ABŞ-nin "həddindən artıq tələbləri və qeyri-real gözləntiləri" səbəbindən danışıqlardan çıxdığını bildirmişdi.

Bu arada “Axios” nəşri xəbər verir ki, İran rəsmiləri Amerika nümayəndə heyəti ilə danışıqların yeni hərbi hücum üçün bir örtük ola biləcəyindən şübhələnirlər. “Axios”-un tanınmış jurnalisti Barak Ravid İran rəsmilərinə istinadla xəbər verir ki, İran ABŞ-nin danışıqları bərpa etmək bəhanəsi ilə qəfildən yeni bir hərbi əməliyyata başlaya biləcəyindən qorxur.

Onların sözlərinə görə, Trampın sazişlə bağlı açıqlamaları hərbi əməliyyatların bərpası üçün yeni bir örtük ola bilər.

Xatırladaq ki, fevralın 28-də başlanan genişmiqyaslı ABŞ-İsrail hücumundan əvvəl də Tramp İranla danışıqlar, hətta razılaşmalar barədə ard-arda bəyanatlar verirdi. Və bütün bu bəyanatların, ABŞ-nin İranla guya razılaşma ərəfəsində olduğu barədə xəbərlərin fonunda, İrana ağır zərbə endirildi, Ali dini rəhbər və ölkənin digər aparıcı şəxsləri öldürüldü. İndi də buna bənzər ssenari oynana bilər.

ABŞ rəsmiləri “Axios”-a bildiriblər ki, vitse-prezident C.D.Vens 21 apreldə atəşkəs bitməzdən əvvəl İslamabadda İranla keçiriləcək növbəti danışıqlar raunduna ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək. “Axios” ilə telefon danışığında Tramp təklif olunan danışıqlarla bağlı nikbin olduğunu deyib: "Özümü yaxşı hiss edirəm. Saziş konsepsiyası hazırlanıb. Düşünürəm ki, onu tamamlamaq üçün çox yaxşı şansımız var". Lakin rəsmi İran mediası İranın İslamabadda ABŞ ilə danışıqlardan imtina etdiyini bildirir. Tramp dünən atəşkəs bitmədən ABŞ-nin öz danışıqçılarını İslamabada göndərdiyini yazıb. ABŞ Prezidenti həmçinin Tehran ABŞ ilə razılığa gəlməsə, İranın elektrik stansiyalarını və körpülərini dağıtmaqla hədələyib.

Bu arada "The Wall Street Journal" (WSJ) ekspertlərə və mənbələrə istinadla İranın özündə Hörmüz boğazı ilə bağlı fikir ayrılığının yarandığını bildirir. Qeyd olunur ki, İran Xarici işlər naziri Abbas Əraqçinin boğazın açıldığını elan etməsi İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) qəzəbləndirib. Bu, İranın siyasi elitasının radikal və mülayim qanadı arasında fikir ayrılığını daha da artırıb.

Nəşrin məlumatına görə, Xarici İşlər nazirinin bu açıqlaması neft qiymətlərinin düşməsinə səbəb olub və ABŞ Prezidenti Donald Trampın xeyrinə işləyib. Lakin Əraqçinin bəyanatı İran daxilində “tənqid fırtınasına” səbəb olub və nəticədə boğazın yenidən bağlandığı bəyan edilib.

Hörmüz boğazı ətrafında hazırda baş verən real hadisələr isə daha çox pessimist ssenariyə – müharbənin bərpası perspektivinə daha yaxın görünür. Xəbər verildiyi kimi, ABŞ Oman körfəzində İran bayrağı altında üzən “TOUSKA” yük gəmisini ələ keçirib. Bu barədə Tramp özü "Truth Social" sosial şəbəkəsində yazıb. Ardınca gəminin necə ələ keçirildiyi barədə görüntülər yayımlanıb. İranın Silahlı Qüvvələri isə gəmi saxlandıqdan sonra ABŞ-nin hərbi gəmilərinə pilotsuz təyyarələrlə hücumlar həyata keçirdiyini iddia edib.

Nəhayət, İsrailin Baş naziri Binyamin Netanyahu bəyan edib ki, İsrail və ABŞ arasında İranla qarşıdurma bitməyib və yeni hadisələr hər an mümkündür.

Bütün bunlar təəssüf ki, müharibənin hər an bərpa oluna biləcəyi ehtimalının xeyli artdığını göstərir. Həm də ona görə ki, tərəflərdən heç biri hələ bu savaşdan istədiyini və gözlədiyini tam ala bilməyib…(Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam