Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Macarlar Avropanı seçdi" –16 illik hakimiyyətin sonu

Orbanın partiyası seçkilərdə uduzdu: yeni Baş nazir Maqyarın siyasəti nə vəd edir?

Yenixeberorg.com: Bazar günü, 12 apreldə Macarıstanda parlament seçkiləri keçirilib və bu seçkilər hakim partiya üçün fiasko ilə başa çatıb: Baş nazir Viktor Orbanın “Fidesz” Partiyası konstitusiya çoxluğunu təmin edə bilən Peter Maqyarın müxalifət “Tisza” Partiyasına qarşı sarsıdıcı məğlubiyyətə uğrayıb. Orbanın özü artıq nəticəni etiraf edib və səsvermənin nəticəsini ölkə üçün "azadlıq" adlandıran rəqibini təbrik edib.  Bununla Orbanın 16 illik hakimiyyəti sona çatıb.

Avropa İttifaqı (Aİ) seçkilərin nəticələrini böyük siyasi uğur kimi qiymətləndirsə də, Macarıstanın yeni lideri artıq Rusiya ilə danışıqları qəbul edib və özünü "Ukrayna tərəfdarı" siyasətçi kimi təqdim etməkdən imtina edib.

Qeyd edək ki, bülletenlərin təxminən 99 faizi sayıldıqdan sonra Peter Maqyarın rəhbərlik etdiyi müxalifətdəki mərkəz-sağçı “Tisza” 53.07 faizlə parlament seçkilərində qalib gəlib. “Tisza” 106 təkmandatlı seçki dairəsindən 93-də qalib gəlib ki, nəticədə, partiya 199 yerlik parlamentdə təxminən 138 yer əldə edə bilib. Bu, konstitusiya çoxluğudur və Maqyara təkpartiyalı hökumət qurmağa deyil, həm də Macarıstan Konstitusiyasını müstəqil şəkildə dəyişdirməyə imkan verəcək.

Orbanın hakim “Fidesz” Partiyası kiçik tərəfdaşı Xristian Demokratik Xalq Partiyası ilə birlikdə səslərin 38,4 faizini toplayıb. Parlamentdə 55 yerlik fraksiya ilə təmsil olunacaq. İfrat sağçı “Mi Hazánk” (Vətənimiz) də 5,8 faiz səs toplayıb ki, altı yerlə parlamentə daxil olub.

Seçkilərdə iştirak edən digər iki partiya - mərkəz-sol Demokratik Koalisiya və satirik “İkiquyruqlu Köpək” Partiyası – 5 faizlik həddi keçə bilməyib.

Seçkilərdə seçici fəallığı post-sosialist Macarıstan tarixində rekord həddə - 79,6 faizə çatıb.

Yekun nəticələr dərc edildikdən sonra 30 gün ərzində yeni Baş nazir təyin olunacaq.

Baş nazir Viktor Orban 12 aprel axşamı, səslər hələ sayılarkən məğlubiyyətini etiraf edib. O nəticəni “ağrılı” adlandırıb, lakin partiyanın rekord sayda tərəfdar toplaya bildiyini vurğulayıb: “Bizim üçün bu nəticə ağrılı, lakin birmənalıdır. Ölkəni idarə etmək məsuliyyəti və imkanı bizə düşmədi”.

O həmçinin rəqibini telefonla qələbəsi münasibətilə təbrik edib. Seçicilərə müraciət edən Baş nazir partiyanın "yaralarını sağaldacağını", lakin ölkəyə xidmət etməyə davam edəcəyini bildirib: "Nə olursa olsun, hətta müxalifətdə olsaq belə, vətənimizə və macar millətinə xidmət edəcəyik. Biz təslim olmayacağıq. Biz heç vaxt, heç vaxt, heç vaxt, heç vaxt təslim olmayacağıq", - deyə Orban vurğulayıb.

Peter Magyar 12 aprel axşamı qələbəsini elan edərək seçkilərin nəticələrini Macarıstan üçün "azadlıq" adlandırıb: “Bu, kiçik bir qələbə deyil, çox böyük bir qələbədir. Birlikdə Orban sistemini dəyişdirdik. Birlikdə Macarıstanı azad etdik və geri aldıq”.

Onun qələbəsindən sonrakı ilk siyasi addımı mövcud hökumətə birbaşa siqnal olub: Maqyar “Fidesz”in dəstəyi ilə seçilmiş Prezident Tamaş Şujoku istefa verməyə və kursun dəyişməsinə mane olmamağa çağırıb. Lakin bunsuz belə, dövlət başçısının yeni hökumətə qarşı müqavimətin mərkəzinə çevrilmək üçün az aləti var.

Xarici siyasətdə Maqyar Aİ və NATO-ya qayıtmağı prioritet hesab edir: "Biz demokratiyanı və onun müstəqilliyini təmin edən qurumların fəaliyyətini bərpa edəcəyik. Macarıstan yenidən Aİ və NATO-da güclü müttəfiqə çevriləcək".

Eyni zamanda, o Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu deyib:  "Danışıqlar masasına oturmalı olacağıq. Nə Rusiyanın, nə də Macarıstanın coğrafi mövqeyi dəyişəcək. Enerji asılılığımız da qalacaq", - deyə siyasətçi bildirib. O həmçinin ikisi arasında kəskin bir xətt çəkib: Rusiya ilə danışıqlar mümkündür, amma "biz dostlaşmayacağıq".

Maqyar Ukraynaya daha fundamental siqnal ötürüb. O açıq şəkildə bildirib ki, Kiyevin maraqlarını təmsil etməyəcək və "Ukrayna tərəfdarı" hökumətin qurulmasına imkan verməyəcək: “Heç kim Macarıstanda Ukraynayönlü bir hökumət istəmir. Hamı Macarıstanyönlü bir hökumət istəyir. Macar xalqının real problemlərini həll edən bir hökumətin olması gözəl olardı”.

Hələ 12 aprel axşamı Aİ və Avropa liderləri Maqyarı qələbəsi münasibətilə təbrik etməyə başlayıblar və bunu “bütün Avropa üçün siyasi uğur” adlandırıblar. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen həm macar, həm də ingilis dillərində yazıb: "Bu axşam Macarıstanda Avropanın ürəyi daha güclü döyünür. Macarlar Avropanı seçdi. Ölkə Avropa yoluna qayıdır”.

Fransa Prezidenti Emmanuel Makron telefonla Maqyarı təbrik edib və seçkilərin Macarıstanın demokratiyaya və Avropaya sadiqliyini təsdiqlədiyini vurğulayıb. O yeni lideri "daha suveren Avropaya doğru birlikdə irəliləməyə" çağırıb.

İtaliyanın Baş naziri Giorgia Meloni də bir tərəfdən siyasətçini təbrik etsə də, digər tərəfdən Viktor Orbanın onun müttəfiqi olaraq qaldığını vurğulayıb: "Bilirəm ki, o müxalifətdə olsa belə, ölkəsinə xidmət etməyə davam edəcək".

Viktor Orbanın əsas tərəfdaşlarından biri olan Slovakiya münasibətlərin hazırkı səviyyəsinin qorunub saxlanılacağına ümid etdiyini bildirib. Prezident Peter Pelleqrini yeni hökumət dövründə bunların dəyişməməli olduğunu bildirib.

Lakin Aİ daxilində qiymətləndirmələr tamamilə müsbət olmayıb. Hakim "Kurs – Sosial Demokratiya" Partiyasını təmsil edən slovakiyalı Avropa Parlamentinin üzvü Luboş Blaha Macarıstan seçkilərinin nəticələrini "qaranlıq gün" adlandırıb: “Maqyarın qələbəsi Brüssel hərbi maşınının güclənəcəyi deməkdir. Zelenskinin agenti Macarıstanı ələ keçirəcək. Macarıstan üçün qaranlıq bir gün, Avropa üçün qaranlıq bir gündür”.

Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev “Tisza”nın qələbəsindən sonra Aİ-nin dağılacağını proqnozlaşdırıb: “Bu, yalnız Aİ-nin dağılmasını sürətləndirəcək. Dörd aydan sonra haqlı olub-olmadığımı görəcəksiniz”.

Rus deputat Aleksey Puşkov isə Donald Trampı “bu seçkilərin əsas uduzanı” adlandırıb. O nəticənin ABŞ-ı Avropadan daha da uzaqlaşdıracağına inanır: "Bundan sonra Qərb iki hissəyə - ABŞ və Aİ-yə  bölünüb və artıq siyasi vahid kimi mövcud deyil".

Kiyevdə Maqyarın qələbəsi ölçülü, lakin müsbət qarşılanıb. Ukrayna Prezidenti Volodimir Zelenski onu qələbəsi münasibətilə təbrik edib və "hər iki xalqın rifahı naminə" və Avropada sülh və təhlükəsizlik naminə əməkdaşlığa hazır olduğunu vurğulayıb: “Biz Macarıstanla əməkdaşlığı inkişaf etdirməyə hazırıq. Avropa və hər bir Avropa ölkəsi daha da güclənməlidir”.

“Politico” nəşri isə yazıb ki, seçkinin nəticələri Ukrayna rəhbərliyi üçün "acı dad"a malikdir. Nəşr vurğulayıb ki, gələcək Baş nazir Macarıstanın Ukraynaya silah təchizatına və maliyyə yardımına, eləcə də onun Aİ-yə sürətləndirilmiş qoşulmasına qarşıdır.(AYNA)

Turan Abdulla

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam