Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dollara tələbat rekord həddə

euro-dollar-forecast

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən keçirilmiş hərracda bankların dollara tələbi ən azı 700 milyon dollar olub.

Xeberinfo.com:  Məlumata görə, bu gün Mərkəzi Bankın əvvəlki depozit hərracında cəlb etdiyi vəsaiti qaytardığı gündür. Banklar, Mərkəzi Banka yatırdıqları manatdakı vəsaitləri geri alıb dolar almağa cəhd edirlər.

Qeyd edək ki, əvvəlki hərraclarda dollara tələb 600 milyon dollara çıxaraq rekord vurmuşdu.
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 28 banka satılmışdır. Bu barədə Mərkəzi Bankdan bildirilib.
Xatırladaq ki, bu gün üçün rəsmi USD/AZN məzənnəsi 1.6164 səviyyəsində elan olunub.
Mərkəzi Bank depozit hərracları vasitəsilə vəsaitləri 28 gün müddətinə cəlb edir. İlk hərrac 13 iyunda keçirilmişdi. Sonralar bir neçə dəfə hərrac keçirilib.
Mərkəzi Bank bu hərraclar vasitəsilə izafi manat kütləsini dövriyyədən çıxardır. Bir sıra bankların izafi manat kütləsi var. Onlar bu manat kütləsini dollar almaq üçün bazara çıxardıqda manatın məzənnəsinə təsir edir. Hərracın keçirilməsində də əsas məqsəd, bu manatı bazardan qısa müddətə çıxarmaqdır.  /”Marja”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam