Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Püşkatmalar zamanı qanunsuzluğa yol verilir"

 

FİFA-nın sabiq prezidenti Yozef Blatter şok açıqlama ilə diqqət çəkib.

Xeberinfo.com:  Xarici mətbuata istinadən məlumatına görə, o, püşkatmalar zamanı qanunsuzluğa yol verildiyini etiraf edib.

 

 

1998-2016-cı illər aralığında ali futbol qurumuna rəhbərlik etmiş və bu müddətdə rüşvət almaq və verməkdə ittiham edilərək vəzifəsindən uzaqlaşdırılmış Blatter Avropa turnirlərindən birində püşkatma zamanı saxtakarlıq olunduğunu söyləyib.

 Lakin o, həmin saxtakarlığın hansı turnirdə və nə zaman edildiyini açıqlamayıb: “Milyonlarla insanın canlı izlədiyi püşkatma zamanı belə, saxtakarlıq etmək mümkündü. Çünki bunu öz gözlərimlə görmüşəm. Avropa turnirlərinin birinin püşkatması idi. Həmin saxtakarlığın təşkilatçısı isə bir İtaliya komandası idi. İsti və soyuq şarlar vasitəsilə istədikləri komandanın adını səbətdən çıxara bilmişdilər. Mən də buna şəxsən şahid olmuşam”.

 
80 yaşlı isveçrəli futbol adamı özünün belə qanunsuzluqlara qarışmadığını da əlavə edib: “Digər prezidentlərdən fərqli, mən heç vaxt püşkatma mərasimlərində iştirak etməmişəm. Onlar isə səbətdən şəxsən özləri topları götürüb, cütlükləri müəyyən ediblər. Vəzifədə olduğum müddətdə heç vaxt qanunsuz iş görmədim. Bu baxımdan vicdanım rahatdı”.
 
Qeyd edək ki, adı korrupsiyada hallanan Yozef Blatter 8 il müddətinə futboldan uzaqlaşdırılma cəzası alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam