Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Premyer Liqa: Bu gün daha iki oyun baş tutacaq

 

Misli Premyer Liqasının XVIII turunda bu gün daha iki oyun baş tutacaq.

Yenixeber.org xəbər verir ki, əvvəlcə “Turan Tovuz” komandası doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək.

Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq. Hazırda Tovuz klubu turnir cədvəlində 31 xalla üçüncü pillədə qərarlaşıb. Paytaxt təmsilçisi isə 16 xalla yeddincidir.

Günün son qarşılaşması “ASCO Arena”da “Səbail” və “Zirə” arasında keçiriləcək. Elçin Məsiyevin idarə edəcəyi görüşün start fiti saat 18:30-da səsləndiriləcək.

“Zirə” komandası turnir cədvəlində 27 xalla dördüncü yerdədir. Sonuncu - onuncu yerdə olan “Səbail”in isə 9 xalı var.

Misli Premyer Liqası

II dövrə, XVIII tur

21 dekabr

16:00. “Turan Tovuz” – “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.

VAR: Rauf Allahverdiyev.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: İlham Əliyev.

Tovuz şəhər stadionu

18:30. “Səbail” – “Zirə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

“ASCO Arena”

Qeyd edək ki, turun dünən keçirilən “Kəpəz” - “Sumqayıt” görüşündə qol vurulmayıb. XVIII tura sabah, “Şamaxı” - “Sabah” və “Qarabağ” - “Araz-Naxçıvan” oyunları ilə yekun vurulacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam