Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mahir Emreli ardıcıl 3-cü dəfə -"Legiya"da ayın ən zəif futbolçusu seçilib

Mahir Emreli ardıcıl 3-cü dəfə Legiyada ayın ən zəif futbolçusu seçilib

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubunda dekabrın ən zəif oyunçusu seçilib.

Yenixeber.org: 24 yaşlı hücumçu "Legionisci" nəşrinin versiyasına əsasən, -4 xala layiq görülüb.

Komandanın argentinalı yarımmüdafiəçisi Jozue isə 3 xalla ayın oyunçusu adına layiq görülüb.

Qeyd edək ki, son ölkə çempionu dekabrda keçirdiyi 6 oyunun 4-də məğlub olub, 2-də isə qalib gəlib. Bu görüşlərin 2-də meydana çıxmayan Emreli digər qarşılaşmalarda fərqlənə bilməyib. Emreli oktyabr və noyabrda da ən zəif oyunçu sayılıb.

"Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra komandanın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam