Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyəli güləşçi Azərbaycan bayrağı qaldırdı - VİDEO

 

Bu gün Bakı-2015 Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub.
 
"Xeberinfo.com":  APA TV-nin xəbərinə görə, Azərbaycan milli komandasının ən ağır çəkili pəhləvanı Sabah Şəriəti 130 kq çəki dərəcəsində kişilərin mübarizəsində 1/8 finalda Mikola Kuçmi (Ukrayna) ilə güləşib.
 
Təmsilçimiz 8:0 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib. O, yarımfinala vəsiqə uğrunda Yakobi Kajaya (Gürcüstan) qüvvəsini sınayıb və yenə qələbəyə sevinib - 5:2.
 
Şəriəti finala gedən yolda İosib Çuqoşvilini (Belarus) xalçaya dəvət edib. Milliləşdirilmiş pəhləvanımız bu dəfə inamlı təsir bağışlayıb - 5:0.
 
Sabahın həlledici görüşdə rəqibi türkiyəli Riza Kayaalp olub. Şəriəti əvvəlki uğurlarının davamını gətirə bilməyib və gümüş medalla kifayətlənib.
 
Qızıl medal qazanan türkiyəli güləşçi Riza Kayaalp qələbəsini Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurmaqla qeyd edib:
 
Bu, klassiklərimizin 6-cı, yığmamızın 13-cü mükafatı olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam