Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qızıl medal qazanan güləşçiyə Türkiyədən şok xəbər

 

Bakı 2015 Avropa Oyunlarından qızıl medalla ayrılan türkiyəli yunan-roma güləşçisi Rıza Kayaalp ölkəsindən aldığı xəbərlə sarsılıb.

"Xeberinfo.com":  Məlumata görə , milli güləşçiyə bədən çəki indeksinin normalara uyğun olmadığı üçün əsgərliyə yararlı hesab edilmədiyi bildirilib.

Bədən Tərbiyəsi və İdman Universitetindən ötənilki məzunu olan Kayaalp isə eşitdiyi xəbərdən sarsıldığını deyib: “Babam əsgərliyə getməyimi istədi. Mən də ona söz verdim. Çünki onun babaları Mersində, Çanakkalada şəhid olublar. Mən də əsgərliyə gedəcəyimə dair 92 yaşlı babama söz verdim. Mənə “hərbi xidmətə yaramırsan” dedilər. Mən də “10 əsgərə bərabərəm” dedim. Mən bu prosedura tabe olmaq istəmirəm. Ölkəsi üçün bir şey etməyə çalışan hər vətən övladı kimi mən də əsgər getmək istəyirəm. Nə olursa olsun bunu qəbul etməyəcəm”.

 

“Qafqazinfo”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam