Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“İranda bizi döyüb, təhqir edirlər” –“Onlar istəmir ki, İran ərazisindən yük daşıyasınız”

Yenixeber.org: Bu barədə “GündəlikNaxçıvan” səhifəsi məlumat yayıb.

Sürücülərin bildirdiyinə görə, Biləsuvar gömrüyünün İran hissəsində onlar bilərəkdən günlərlə gözlədilir, etiraz etdikdə isə, təhdid olunurlar.

Babək rayonundan olan sürücü B. Cəfərov deyir ki, onların döyülüb, təhqir olunmasına göstərişi İranın xüsusi xidmət orqanları verir:“Bir ay bundan öncəyə qədər Biləsuvar gömrüyünü maneəsizi keçib, Bakıya gedə bilirdik. Ancaq indi bizi qəsdən günlərlə, bəzən isə həftələrlə gömrükdə gözlədirlər. Etiraz edəndə isə deyirlər ki, “bir də bura gəlməyin, İran ərazisindən yük daşımayın”.

Narkomanları üzərimizə göndərirlər. Onlar bizi döyür, təhqir edir, maşınlarımızı əzirlər. Bu barədə polisə şikayət etsək də, bu işə qarışmadıqlarını deyirlər.

İran gömrüyündə çalışan soydaşlarımızdan biri mənə dedi ki, “Sizi buraxmamaq, döyüb-təhqir etmək göstərişi İranın xüsusi xidmət orqanlarından gəlib”. Onlar İran ərazisindən yük daşımağımızı istəmirlər”.

Sürücülərin sözlərinə görə, üzləşdikləri problemlə bağlı aidiyyatı qurumlarına müraciət etsələr də, nəticəsi olmayıb.

Sürücülər artıq İran ərazisindən keçməklə yük daşımaqdan imtina etdiklərini bildirirlər:“Biz hər dəfə İranda döyülüb, təhqir olunmaq istəmirik. Onlar bizi provokasiyaya çəkib, həbs etmək istəyirlər. Bununla bağlı narahatçılığımızı Naxçıvan Gömrük Komitəsinə də bildirmişik. Heç bir tədbir görmək istəmirlər. Bakıya yük aparmaq üçün Türkiyə və Gürcüstan ərazisindən keçən alternativ yol mövcuddur. Düzdür, uzaq olur, ancaq bu cür təhlükə ilə üzləşməkdənsə, bu yolla yük daşımaq istəyirik. Buna da hələlik şərait yaratmaq istəmirlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam