Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Şahdəniz"də hasilat dayandırılıb

 

"Şahdəniz" layihəsinin illik iş proqramının bir hissəsi olaraq, avqust ayında "Şahdəniz" platformasının, həmçinin Səngəçal terminalındakı "Şahdəniz" qurğularının planlaşdırılmış dayandırılması proqramı həyata keçiriləcək.

"Xeberinfo.com":   Trend-in "Şahdəniz" yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP şirkətinə istinadən verdiyi məlumata görə, plana əsasən "Şahdəniz" platformasından hasilat avqustun 2-dən başlayaraq təxminən 20 gün ərzində dayandırılacaq ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin.

Şirkətin məlumatına əsasən, bu, planlaşdırılmış iş proqramıdır və normal əməliyyatların bir hissəsidir. Bu proqramın hazırlığına 2014-cü ilin əvvəllərindən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2015-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması bu ilin hasilat planına da daxil edilib.

"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan (Mərkəzi Azəri, Şərqi Azəri, Qərbi Azəri, Çıraq, Dərinsulu Günəşli və Qərbi Çıraq paltformalarından) hasilat, həmçinin Bakı-Tbilisi-Ceyhan və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. Səngəçal terminalının AÇG və İlkin Neft proqramı hissələri də normal işləyəcək, həmçinin Ceyhan və Supsa terminallarında tankerlərin yüklənməsi və yola salınması cədvəli qrafik üzrə davam edəcək.

Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarı üçün vacibdir və əsasən, elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam