Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hakimiyyət Bayılı xilas etmək üçün yaponları dəvət etdi



Bakı Teleqülləsinin seysmik sabitliyini Yaponiyadan dəvət edilən mütəxəssislər tədqiq edəcəklər.

Yenixeber.org: Bu barədə Səbail Rayon İcra Hakimiyyətindən (RİH) bildiriblər.

Yapon ekspertləri Bayıl sürüşmə zonasını yoxlamaq və orada olan retranslyasiya qülləsinin risk dərəcəsini müəyyən etmək üçün ən qısa zamanda Bakıya gəlməlidirlər.

Səbail RİH-dən həmçinin qeyd ediblər ki, Bakı Şəhər Prokurorluğu problemli ərazidə qanunsuz tikinti faktları üzrə yoxlamalara  başlayıb.

"Bu ərazidəki tikintinin əksəriyyəti müxtəlif illərdə müxtəlif insanlar tərəfindən qanunsuz tutulmuş sahələrdə aparılıb. Buna baxmayaraq, biz orada yaşayanların hamısının köçürülməsini həyata keçirməyə hazırıq. Hökumət artıq onların müvəqqəti yerləşdirilməsinə vəsait ayırıb. Şübhəsiz, onların hamısına evlərini itirdiklərinə görə kompensasiya ödənəcək. Gələcəkdə orada heç bir tikinti aparılmayacaq, bütün sürüşmə zonasına geniş kök sisteminə malik olan və torpağın bərkidilməsinə imkan yaradacaq ağaclar əkiləcək. Hökumət bu məsələni daim nəzarət altında saxlayır", - deyə RİH-dən vurğulayıblar.(virtualaz)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam