Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Almaniyanın Ukrayna ilə bağlı siyasəti dəyişib -RƏSMİ AÇIQLAMA

Almaniyanın kansleri seçildikdən sonra Fridrix Merz Almaniya siyasətində Ukraynanın NATO-ya üzvlüyü perspektivinə dair mühüm dəyişikliklər baş verib.

Yenixeber.org: Bu barədə Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev bildirib.

Onun sözlərinə görə, Almaniyada Ukraynanın NATO-ya üzvlüyünə münasibət dəyişib:

“Məsələn, ilk dəfə Ukrayna-NATO Şurasında almanlar tərəfindən Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı tezis səsləndirildi. Onların bəyanatları artıq Alyansın rəsmi açıqlamalarından bir qədər irəli gedir. Və ya, məsələn, mən hazırda Müdafiə Nazirliyindəki həmkarlarımla və müdafiə sənayesi ilə Ukrayna Silahlı Qüvvələrinin taktiki və strateji dərslərinin alman Bundesveri və NATO üçün necə istifadə oluna biləcəyi barədə danışıqlar aparıram. Bizim buradakı məqsədimiz onlarla daha da dərin inteqrasiyadır”, – səfir vurğulayıb.

O qeyd edib ki, artıq indi elə bir atmosfer var ki, əvvəlkindən qat-qat daha dərin proseslərdən danışmaq mümkündür:

“Merz şəxsən hazırda Ukraynanın NATO üzvü olmasına müsbət yanaşır”.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam